"Kaspi" qəzeti bağlanır? - BAŞ REDAKTORDAN AÇIQLAMA
31 avqust 2020 17:42 (UTC +04:00)

"Kaspi" qəzeti bağlanır? - BAŞ REDAKTORDAN AÇIQLAMA

“Kaspi” qəzeti bağlanmır, sadəcə bundan sonra həftədə bir dəfə nəşr olunması nəzərdə tutulur”.

Bunu Lent.az-a açıqlamasında “Kaspi” qəzetinin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən qəzetin baş redaktoru İlham Quliyev deyib. O bildirb ki, səbəb maliyyədir: “Qəzet bağlanmır. Müəyyən maliyyə problemləri yarandığı üçün ola bilsin ki, dövrülükdə dəyişkilk edək. Bu günə kimi gündəlik çıxırdıq. Sentyabrdan etibarən gündəlik nəşr olunmayacağıq. Çox güman ki, həftədə bir dəfə nəşr olunacağıq.  Saytımız və kollektivimiz saxlanılacaq. Cüzi ixtisarlar ola bilər, amma hazırda bu məsələ müzakirə olunmur”.

İ.Quliyev hazırda qəzet çapının çox böyük maliyyə vəsaiti tələb etdiyini və artıq ötən ildən KİVDF-nin maliyyə siyahısına düşə bilmədiklərini xatırladıb: “İndiyə kimi müəyyən imkanlardan istifadə edərək çapımızı təmin edirdik. Son vaxtlar problemlərimiz bir qədər artıb. Ona görə də belə qərar qəbul etdik. Onsuz da çap mediası yerini internet mediaya verir. Bu baxımdan da internet saytımızın fəaliyyətini gücləndirmək və daha çox sayt üzərindən fəaliyyət göstərməyi düşünürük”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3862

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38